Crocus City Hall-dakı terrorda xəsarət alanların sayı artıbbackend

Crocus City Hall-dakı terrorda xəsarət alanların sayı artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Moskva vilayətindəki “Crocus City Hall”da baş verən terror aktında xəsarət alanların sayı 382 nəfərə çatıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Federal Tibbi Fəlakətlər Mərkəzi məlumat yayıb.  Daha əvvəl xəsarət alanların sayı 360 nəfər idi.

Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətindəki “Crocus City Hall”da terror aktı baş verib. Hadisə nəticəsində 143 nəfər ölüb. Rusiya Prezidenti Vladimir Putin sifarişçilərin və icraçıların tapılaraq cəzalandırılacağını bildirib. İŞİD terror hadisəsi ilə bağlı məsuliyyəti öz üzərinə götürüb.