Crocus-da öldürülən azərbaycanlı həyat yoldaşına görə tənqid olundubackend

Crocus-da öldürülən azərbaycanlı həyat yoldaşına görə tənqid olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, əslən azərbaycanlı olan Vüqar Hüseynov “Crocus City Hall”da baş vermiş terror aktı nəticəsində öldürülüb.

NOCOMMENT.az xəbər verir ki, bakupost.az-ın məlumatına görə, onunla bərabər həyat yoldaşı – erməni əsilli Lilit İsraelyan da həmi gün terrorçular tərəfindən qətlə yetirilib.

Vüqar Hüseynovun xanımının mənşəyi sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.

Belə ki, izləyicilərin əksəriyyəti Vüqarı minlərlə şəhid verməyimizə səbəb olmuş düşmən dövlətin nümayəndəsi ilə ailə qurmaqda ittiham ediblər.

Qeyd edək ki, Vüqarla Lilitin yaş yarımlıq övladı var.