Cüdoçularımız mübarizəni dayandırdıbackend

Cüdoçularımız mübarizəni dayandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cüdo üzrə Azərbaycan millisi Polşada keçirilən III Avropa Oyunlarının qarışıq komanda yarışında mübarizəni dayandırıb.

NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, cüdoçularımız səkkizdəbir final mərhələsində Fransa seçməsi ilə qarşılaşıblar. Görüş rəqibin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində Günel Həsənli (70 kq), Nigar Süleymanova (+70 kq), Vüqar Talıbov (90 kq) və Camal Həmzətxanov (+90 kq) tatamidən məğlub ayrılıblar.

Komandamız ilk görüşündə Çexiya millisini 4:1 hesabı ilə üstələyib.

Qeyd edək ki, komanda yarışları bu gün başa çatacaq.