Cülyetta Binoş Kann Film Festivalının münsiflər heyətinin sədri olacaqbackend

Cülyetta Binoş Kann Film Festivalının münsiflər heyətinin sədri olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa aktrisası Cülyetta Binoş bu ilki Kann Film Festivalının münsiflər heyətinin sədri olacaq.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə festivalın rəsmi saytına məlumat verilib.

“İngilis xəstəsi” filmindəki rolu ilə beynəlxalq aləmdə tanınan Binoş, 2024-cü ildən etibarən Avropa Kino Akademiyasının prezidenti olub. O, Oskar mükafatı qazanmış az sayda fransız aktrisalarından biridir və Kann, Berlin və Venesiya film festivallarında ən yaxşı aktrisa mükafatı almışdır.

Qeyd edək ki, Kann film Festivalı mayın 13-də başlayacaq. Keçən il ABŞ rejissoru Qreta Qerviq münsiflər heyətinin sədri seçilib.