D-8 Katibliyi: Azərbaycan təşkilata qoşulma prosedurunu tamamlayıbbackend

D-8 Katibliyi: Azərbaycan təşkilata qoşulma prosedurunu tamamlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan İstanbulda (Türkiyə) İqtisadi Əməkdaşlıq Təşkilatının Katibliyinə D-8 Nizamnaməsinin ratifikasiyası ilə bağlı sənədləri rəsmi olaraq təqdim edib və bununla da təşkilata qoşulma prosesini tamamlayıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə D-8 Katibliyinin mətbuat açıqlamasında bildirilib.

Məlumatda qeyd olunub ki, Azərbaycan martın 19-da D-8 Nizamnaməsinin ratifikasiyası ilə bağlı sənədləri təqdim edib.

Xatırladaq ki, 2024-cü il dekabrın 19-da Qahirədə (Misir) keçirilən D-8 üzv ölkələrinin dövlət və hökumət başçılarının XI Sammitində Azərbaycan yekdilliklə bu təşkilatın üzvü seçilib.