D VİTAMİNİ – Korona ilə mübarizədə bilmədiyimiz SİRLƏRİbackend

D VİTAMİNİ – Korona ilə mübarizədə bilmədiyimiz SİRLƏRİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

D vitamini nədir?

NOCOMMENT.azD vitamini ilə bağlı insanları maraqlandıran və çoxlarının bu vitaminlə əlaqədar bilmədikləri məqamlara aydınlıq gətirməyə çalışıb. Belə ki, D vitamini, yağda həll oluna bilən və bədəndə depolana bilən sterol qrupundan olan vitamindir. D vitamininin ən vacib mənbəyi günəşin ultrabənövşəyi şualarıdır. D vitamini günəş şüalarının təsirindən orqanizmdə (dəridə) sintez olunur. Mütəxəssislər yaz və yay aylarında insan vücudunun gündə 20 dəqiqə günəşlənməsinin vacibliyini bildirirlər. D vitamini sümük və dişlərin inkişafı, sağlamlığı üçün çox vacibdir. Sümüklər üçün vacib olan kalsium və fosfor D vitamini ilə əldə edilir. D vitamini sinir sistemi və immunitet sisteminin qüvvətlənməsində, sümük, əzələ və oynaqların sağlamlığında çox vacib rola malikdir.

D vitamini çatışmazlığı
D vitamini çatışmazlığının səbəbləri nələrdir?

D vitamininin əsas mənbəyi günəş işığıdır. Buna görə D vitamini çatışmazlığının əsas səbəbi kifayət qədər günəş işığı alınmamasıdır. Günəşdən qoruyucu kremlərdən istifadə də dəridə D vitamini sintezini 95%-dək azaldır. Onu da qeyd edək ki, günümüzdə zavodların işləməsi, maşınlardan ixrac edilən tüstülər və s. səbəblərdən ekoloji problemlərin yaranması-havanın çirklənməsi keçmişdə olduğu kimi günəş şüalarının vücudumuzun tələbatını ödəyəcək qədər D vitamini ilə təmin etməsi artıq çox çətindir. Belə bir ekologiyada hətta alınan günəş şüaları bəzən dəri xərçənginə qədər gətirib çıxara bilər.
D vitamini çatışmazlığının digər bir səbəbi də bədəndəki yağ miqdarının artmasıdır. Yağ miqdarı artdıqca D vitamininin səviyyəsi azalır, buna görə piylənmə D vitamini çatışmazlığı üçün vacib bir risk faktorudur. Bundan əlavə bəzi mədəaltı vəzi, böyrək xəstəlikləri və ya arıqlama əməliyyatı keçirən xəstələrdə D vitamini çatışmazlığı ola bilər. Epilepsiya dərmanı kimi bəzi dərmanlar da D vitamini çatışmazlığına yol açır.

D vitamini çatışmazlığı nələrə səbəb ola bilər?
D vitamini çatışmazlığı: osteoporoz, raxit

D vitamini çatışmazlığı nəticəsində bağırsaqda kalsium və fosforun udulması azalır və bu azalmanı əvəzləmək üçün paratiroid vəzlərindən paratiroid hormonu ifrazı artır. Bu hormon, qandakı kalsiumu normal həddə çatdırmaq üçün kalsiumu sümüklərdən qana çəkir və artıq fosforun sidikdən xaric olmasına səbəb olur. Sümüklər üçün çox vacib iki maddə olan kalsium və fosforun azalması sümüyün quruluşunu zəiflədir. Bunun nəticəsində isə sümük əriməsi,yəni “osteoporoz” meydana gəlir.

Uşaqlarda görülən D vitamini çatışmazlığı sümük deformasiyasına səbəb olur və bu vəziyyətə raxit deyilir. Bundan əlavə, bu uşaqlarda əzələ zəifliyi də meydana gələrək ayaq üstə durmaqda və yeriməkdə çətinlik yaradır.
Yetkinlərdə meydana gəldikdə, müəyyən bölgələrdə və ya bütün sümüklərdə və əzələlərdə sümük rezorbsiyası və ağrı kimi özünü göstərir. Əzələlərdə balans pozulması yıxılmalara, travmalara səbəb olaraq qırıq riskini artırır.

D vitamini çatışmazlığının əlamətləri?

D vitamini çatışmazlığı ən çox yorğunluq, halsızlıq, bütün bədənin ümumi ağrısı, sümük ağrısı, oynaq ağrısı, depressiya əhval-ruhiyyəsi, immunitet sisteminin zəifləməsi səbəbindən infeksiyalara həssaslığın artması, tez-tez infeksiyalara yoluxma, sarkopeniya dediyimiz əzələ kütləsində azalma və yaşlı insanlarda yataq asılılığı kimi özünü biruzə verə bilər. Osteoporoz və travmalarda sümük qırılmalarına səbəb ola bilər.

D vitamini çatışmazlığını necə aradan qaldırmaq olar?

D vitamininin əsas mənbəyi günəş olduğundan baharda, yazda və payızda 10: 00-15: 00 arasında günəş vannası qəbul etmək təxminən 10,000-15,000 IU D vitamini qəbul etməyə bərabərdir. Bundan əlavə vücudda D vitamini normasını saxlamaq üçün Demaks D vitamini 50 000 İU, flakon formasında proflaktik məqsədlə gündə 4-7 damcı qəbul etmək olar.

D vitamini çatışmazlığı üçün kimlər müayinə olunmalı, D vitamini analizi verməlidirlər?

• Osteoporoz (sümük əriməsi)
• Xroniki böyrək çatışmazlığı
• Qaraciyər çatışmazlığı
• Bağırsaq malabsorbsiyası (bağırsaqda sorulma problemi)
• Bağırsaq iltihabı xəstəliyi
• Kron xəstəliyi
• Arıqlama əməliyyatı keçirənlər
• Kistoz fibroz xəstələri
• Epilepsiya dərmanları
• Kortizon və bəzi göbələk dərmanları istifadə edənlər
• Hamilə və süd verən qadınlar
• Yaşlılar
• Travması olmasa da qırıqları olan yaşlı insanlar
• Piylənmədən, artıq çəkidən əziyyət çəkən uşaqlar və böyüklər
• Vərəm
• Sarkoidoz və limfoma kimi xəstəlikləri olanlar D vitamini çatışmazlığı üçün müayinədən keçirilməlidirlər.
D vitamini çatışmazlığı bu insanlarda özünü biruzə verə bilər
• Açıq dərili insanlar
• Qapalı mühitdə işləyən insanlar
• Yaşlı insanlar
• Qidalanma çatışmazlığı olanlar
• Günəş işığından qorunmaq üçün yüksək faktorlu günəşdən qoruyucu krem istifadə edənlər
• Bağlı paltar geyinənlər
• Hamilə və süd verən qadınlar
• Böyrək xəstəliyi olanlar
• Qaraciyər xəstəliyi olanlar

D vitamini normadan artıq olduqda nə baş verir?

Həddindən artıq D vitamini qanda kalsium səviyyəsinin artması nəticəsində böyrək daşı əmələ gəlməsinə, yüksək qan təzyiqinə, infarkta və hətta qaraciyər funksiyalarının pisləşməsinə səbəb ola bilər.

Demaks_d_vitamini

Gündəlik D vitamini norması nə qədər olmalıdır?

0-1 yaş arası uşaqlarda ən az 400 IU, 1 yaşdan yuxarı uşaqlarda 600 IU vermək tövsiyə olunur, lakin qandakı D vitamini səviyyəsini 30ng / ml-dən yüksək tutmaq üçün gündəlik qəbul 1000 IU civarında olmalıdır.
19-50 yaş arası yetkinlərin gündəlik ən az 600 IU, 50 yaşdan yuxari insanların isə gündəlik ən az 600-800 IU D vitamini ehtiyacı var. Bununla birlikdə, bu iki yaş təbəqəsində də qanda D vitamini səviyyəsini 30ng / ml-dən yüksək tutmaq üçün gündəlik qəbul 1500-2000 IU olmalıdır.

Hamilə və süd verən analarda gündəlik ehtiyac ən azı 600 IU təşkil edir, lakin qandakı D vitamini səviyyəsini 30 ng / ml-dən yüksək tutmaq üçün gündəlik qəbul orta hesabla 1500-2000 IU olmalıdır.
Xüsusilə artıq çəkidən əziyyət çəkən uşaqlarda və ya yetkinlərdə epilepsiya dərmanı və ya kortizona D vitamini əlavə edilməsinin tam tətbiqi üçün verilən doza 2-3 qat artırılmalıdır.
Müalicədə ya D2 vitamini, ya da D3 istifadə edilə bilər, lakin müalicənin daha təsirli olması üçün D3 vitamininin istifadəsinə üstünlük verilir.
D vitamini olan qidalar:
Süd, ayran, kefir, pendir və qatıq
Kərə yağı
Tuna
Qızıl balıq
Skumbriya
İstiridye
Qaraciyər
Yumurta sarısı
Şirin kartof
Balıq yağı
Göbələklər
Cəfəri
Yonca
Ölü gicitkən
Yulaf
Qeyd edək ki, günlük norma olan 400 İU D vitaminini qidalarla təmin etməyə çalışsaq 1 litr süd, 20 ədəd yumurta, 2 kq mal qaraciyəri, 4 paçka kərə yağı, 400 qr qızılbalıq istehlak etməliyik.

D vitamini ilə zəngin meyvələr

D vitamini ilə zəngin meyvələr mütəmadi olaraq istehlak edilməli və sağlam bir pəhrizin bir hissəsi olmalıdır. Demək olar ki, hər meyvədə A, B və C vitaminləri ilə bərabər az miqdarda D vitamini var. Çox miqdarda D vitamini olan meyvələr arasından qışda alma və payızda üzüm istehlak edilə bilər. Qarpız və bananın tərkibində də D vitamini var. Onu da qeyd edək ki, bitkilərdə nə qədər D vitamini olsa da, D vitamini yağla daha rahat sorulduğu üçün istehlak edilən bitkilərdən bu vitamin insan orqanizmində gec sorulur.

D vitamini neçə damcı verilir?

Zedpharma istehsalı olan Demaks, Deluks, Detrimaks D vitaminlərini proflaktik məqsədlə günə 4-7 damcı qəbul etmək olar. Əgər kəskin D vitamini çatışmazlığı varsa, həkim müayinəsindən sonra adətən həftəyə 1 flakon, 4-8 həftə təyin edilir.

D vitamininin qiyməti?

Zedpharma istehsalı olan Demaks 50 000 İU flakon formasında, Deluks flakon formasında, DeTriMaks flakon formasında və Deluks tablekalarının apteklərdə satış qiyməti 14-16 AZN civarında, DeTriMaks flakon formasında olan D vitaminin qiyməti isə (həcmi az olduğu üçün) 7 AZN civarındadır.
D vitamini analizinin qiyməti
D vitamini analizinin qiyməti xəstəxanalarda 30- 40 AZN civarindadır
Ən yaxşı D vitamini

Ən yaxşı D vitamini dedikdə vitaminin keyfiyyəti əsas amildir. Bu keyfiyyət isə özünü analiz nəticələrində biruzə verir. Biz isə sizə Zedpharma firmasının D vitaminin qəbul edən kəskin D vitamini çatışmazlığı olan xəstələrin D vitamini qəbul etdikdən sonrakı analiz nəticələrini təqdim edirik.

NOCOMMENT.az