“…dadını çıxarmaq istəyirik” – Qurbanov ÇL-dən danışdıbackend

“…dadını çıxarmaq istəyirik” – Qurbanov ÇL-dən danışdı 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

“Çempionlar Liqasında hər nəticə mümkündür”.

NOCOMMENT.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda Danimarkanın “Kopenhagen” komandasına 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

O, qələbəni belə dəyərləndirib:

“Tam olaraq turnirə bu cür başlayacağımızı gözləmirdim. Bunun səbəbi Çempionlar Liqasının səviyyəsinin yüksək olması idi. Lakin futbolçularıma inanırdım, onların böyük potensialı var. Gələcək matçlarda da yaxşı nəticələr qazanmaq istəyirik və Çempionlar Liqasının dadını çıxarmaq arzusundayıq”.

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasında növbəti oyununu oktyabrın 22-də İspaniyada “Atletik”ə qarşı keçirəcək.