Dağıntılar altında doğulan körpə Ayanın olduğu xəstəxana güllələndibackend

Dağıntılar altında doğulan körpə Ayanın olduğu xəstəxana güllələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kahramanmaraşda baş verən dəhşətli zəlzələlərdə dərin yaraları açılan Suriyada dağıntılar altında dünyaya gələn körpə Aya üçün təhlükəsizlik səfərbərliyi başlayıb.

NOCOMMENT xəbər verir ki, körpənin tapıldığı xəstəxanaya ötən gün silahlı hücum olub və səlahiyyətlilər qaçırılma riskini nəzərə alaraq hərəkətə keçib.

Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə dəhşətli zəlzələlər Suriyada da minlərlə insanın ölümünə səbəb olub. Axtarış-xilasetmə işlərində dünyaya göz açan körpə Aya Suriyada ümid simvoluna çevrilib. Doğuşdan sonra anasını dağıntılar altında itirən Ayanı övladlığa götürmək üçün bir çox ölkədən minlərlə insan müraciət edib. Aya Afrində xəstəxanada müalicə olunarkən daha təhlükəsiz hesab edilən yerə aparılıb.

Körpə Aya dağıntılar altında dünyaya gələndə hələ də göbək bağı ölmüş anası ilə bağlı idi, atasını və heç vaxt görmədiyi 4 bacısını eyni dağıntılar altında itirmişdi. Dağıntılar altından çıxardığı görüntülərlə Aya bütün dünyanın danışdığı körpə olub.