Dağıstanda idman zalı yanıbbackend

Dağıstanda idman zalı yanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dağıstanın Tsumadinski rayonunun Ağvalı kəndində idman zalı yanıb, xilasedicilər yanğını lokallaşdırıblar.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Yanğın birmərtəbəli binanın dam örtüyünü tamamilə əhatə edib. Nazirlik yanğın yerindən kadrları dərc edib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, xəsarət alan olmayıb. Xilasedicilər yanğının nəticələrinin aradan qaldırılmasını davam etdirirlər.