Dağıstan hakimiyyəti pilotsuz uçan aparatın məhv edilməsindən sonra mülki və hərbi obyektlərdə təhlükəsizlik rejimini gücləndirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə vilayət başçısı administrasiyasının Telegram-kanalında deyilir.
“Regionda vəziyyət, Sergey Melikovun sözlərinə görə, sabitdir və nəzarət altındadır… Mülki və hərbi obyektlərdə təhlükəsizlik rejimi gücləndirilib”, – bəyanatda deyilir.
Bundan əvvəl Dağıstanın rəhbəri Sergey Melikov Rusiya Silahlı Qüvvələrinin hava hücumundan müdafiə qüvvələrinin Xəzər dənizi üzərində pilotsuz uçan aparatını vurduğunu bildirib.
Daha sonra Mahaçqala hava limanının PUA ilə bağlı insident səbəbindən fəaliyyətini dayandırdığı barədə məlumat daxil olub.