NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, İğtişaşlar zamanı Dağıstanın “Uytaş” hava limanına dəyən ziyan 285 milyon rubla çatıb. Bu barədə Dövlət Dumasının deputatı Xizri Abakarov məlumat verib.
Deputatın sözlərinə görə, dəymiş ziyanı qiymətləndirmək üçün ekspertlər dəvət olunub. Hazırda dəymiş ziyanın tam hesablanması davam edir.
O, həmçinin bildirib ki, “Uytaş”dakı iğtişaşlarda iştirak edən hər kəs hava limanında qara siyahıya salınacaq və onlara xidmət göstərilməyəcək. Deputat qeyd edib ki, bu, dəymiş ziyan ödənilənə qədər davam edəcək.
“Demək istəyirəm ki, hava limanını dağıdan hər kəs müşahidə kameralarına düşüb, üzləri aydın görünür və şəxsiyyətləri asanlıqla müəyyən edilir”, – Abakarov bildirib.