Dağlıq Qarabağ məsələsində ikili standartlar ola bilməzbackend

Dağlıq Qarabağ məsələsində ikili standartlar ola bilməz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa Şurasının Nazirlər Komitəsini Azərbaycanın əraz bütüvlüyünü qeyd-şərtsiz müdafiə etməyə çağırıb.

NOCOMMENT.az– ın məlumatına görə, Çavuşoğlu bildirib ki, bu məsələdə ikili standartlar ola bilməz.

“Biz Gürcüstan və Ukraynanın suverenliyi və ərazi bütövlüyünü necə dəstəkləyiriksə, Azərbaycanın da hüquqlarını bu cür müdafiə etməliyik”.

O bildirib ki,  Azərbaycan yalnız beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində BMT Təhlükəsizlik Şurası, ATƏT və AŞPA-nın qərar və qətnamələrinə uyğun olaraq nəzarət bərpa etmək istəyir:

“Ermənistan işğalı dayandırmalı və dinc sakinlərə bilərəkdən hücumlarına, atəşkəs rejiminin daim pozduğuna görə məsuliyyət daşımalıdır”.