Dağlıq Qarabağdan Ermənistana silah daşınır – MTN hərəkətə keçdibackend

Dağlıq Qarabağdan Ermənistana silah daşınır – MTN hərəkətə keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Milli Təhlükəsizlik Nazirliyi Dağlıq Qarabağdan Ermənistana silah daşınmasının qarşısını alıb.

NOCOMMENT.az “News.am”a istinadla bildirir ki, faktla bağlı Ermənistan MTN açıqlama yayıb.

“Son günlər “Dağlıq Qarabağ respublikası”ndan Ermənistana qanunsuz silah-sursat ötürülməsi halları aşkar edilərək qarşısı alınıb. Döyüş əməliyyatlarında iştirak edən bəzi insanlar vasitəsilə cinayətkar ünsürlər bu prosesdə iştirak edirlər. Bu həlledici dövrdə hər hansı bir qanunsuz hərəkətin yolverilməzliyini təkrar edərək, ermənilərin “təhlükəsizliyinə” birbaşa zərər verə biləcək bu cür hərəkətlərdən çəkinməyinizi qətiyyətlə xəbərdar edirik”, deyə MTN-in məlumatında qeyd olunur.

Görünür, Dağlıq Qarabağdakı erməni hərbi birləşmələrinin rəhbərliyi Azərbaycan ordusunun uğurlu əməliyyatlarının qələbə ilə nəticələnəcəyini bildiklərindən silah-sursatları Ermənistana daşıyırlar. Yaxşı bilirlər ki, qısa zaman ərzində özləri Dağlıq Qarabağda məhv ediləcək, silahlar isə qənimət olaraq Azərbaycan ordusu tərəfindən götürüləcək. Buna görə də silahları Ermənistana daşıyırlar. Ermənistanın siyasi rəhbərliyi və bəzi güc strukturları fərariliyin qarşısını almaq üçün sərt tədbirlərə əl atmaqdadırlar.
Teleqraf.com