Daha 1 terrorçu təslim oldubackend

Daha 1 terrorçu təslim oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Terror təşkilatı PKK-dan qaçan daha bir terrorçu inandırılaraq  təhlükəsizlik qüvvələrinə təslim olub.

NOCOMMENT.az xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyinin koordinasiyasında Təhlükəsizlik Baş İdarəsi və Jandarma Baş Komandanlığı tərəfindən həyata keçirilən razılaşdırma işləri nəticəsində PKK/KCK terror təşkilatından qaçan daha 1 təşkilat üzvü təhlükəsizlik qüvvələrinə təslim olub.

2013-cü ildə terror təşkilatına qoşulan təşkilat üzvünün Suriya və İraqda fəaliyyət göstərdiyi müəyyən edilib.

Bununla da 2023-cü ildə inandırma yolu ilə təslim olan təşkilat üzvlərinin sayı 39-a yüksəlib.

NOCOMMENT.AZ