Daha 11 müəllimdə koronavirus aşkarlanıb, 6 məktəb bağlanıbbackend

Daha 11 müəllimdə koronavirus aşkarlanıb, 6 məktəb bağlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ucar rayonunda daha 6 orta məktəb koranavirusa görə bağlanıb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, Ucar rayon Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında rayonun Qazyan 1 saylı, Alpout 2 saylı, Qarabörk, Rəstəcə, Küçəkənd tam orta məktəbləri və Bərgüşad ümumi orta məktəblərində əyani təhsil müvəqəti olaraq dayandırılıb.

Buna səbəb adıçəkilən məktəblərdə ümumilikdə 11 müəllimdə COVİD-19 testinin nəticələrinin pozitiv çıxmasıdır. Fəaliyyəti dayandırılmış məktəblərdə dərslərin onlayn rejimdə tədrisinə qərar verilib.

Hazırda məktəblərdə dezinfeksiya işləri aparılır.

Qeyd edək ki, Ucar rayonunda ümumilikdə 45 orta məktəb fəaliyyət göstərir.