Daha 15 müəssisədən Rusiyaya pomidor ixracına icazə verilibbackend

Daha 15 müəssisədən Rusiyaya pomidor ixracına icazə verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycandan Rusiya Federasiyasına ixrac olunan bəzi qida məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların birgə tədbirləri davam etdirilir.

NOCOMMENT xəbər verir ki, məsələ ilə bağlı AQTA və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) arasında aparılan müzakirələr nəticəsində 1 yanvar 2021-ci il tarixindən daha 15 müəssisədən – “Binə Aqro” QSC, “AQROSELL” MMC, “Bakı Aqropark” MMC, “EKO AQRO” MMC, “Zirə Aqrokompleks” MMC, “BQ AQRO” MMC, “Gözəl Təbiət” MMC, “AGRO ART” MMC, “AQRO-FAVORİT” MMC, “Binə İstixana Kompleksi” MMC, “SHAMKİR GREENHOUSE” MMC, “GREEN TECH” MMC, “BAKİNSKİ” MMC, “POZİTRON” MMC və Əhmədova Aida Cavad qızına məxsus müəssisələrdən Rusiyaya pomidor ixracına icazə verilib.

Hazırda AQTA ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti arasında bu istiqamətdə intensiv müzakirələr davam edir.

Xatırladaq ki, bir neçə gün əvvəl Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən 17 pomidor, 3 alma istehsalı müəssisəsindən də Rusiyaya məhsul ixracına icazə verilib. Bununla da ölkəmizdən Rusiya Federasiyasına pomidor ixracına icazə verilən müəssisələrin sayı 32-yə çatıb.