Daha 150 qaziyə birdəfəlik ödəmə VERİLƏCƏKbackend

Daha 150 qaziyə birdəfəlik ödəmə VERİLƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sənədləri e-sistemlərdə və arxivlərdə olmayan müharibə əlillərinin müvafiq hərbi-həkim komissiyalarına müraciətləri əsasında daha 150-dək şəxsin birdəfəlik ödəməni almaq hüququ təsdiqlənib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yaxın günlərdə onların da bank hesablarına ödəniş köçürüləcək: “Bu barədə hər birinə SMS göndəriləcək”.