Daha 170 evə qaz verildibackend

Daha 170 evə qaz verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Biləsuvar şəhərinin Pərvin Əliyev küçəsi və “RTS-PMK” adlanan yaşayış massivlərində məskunlaşmış vətəndaşların qaz təchizatı şəbəkəsinə əlçatanlığının təmin edilməsi məqsədi ilə yeni çəkilmiş qaz xətlərinə “mavi yanacaq” verilib.

Bu barədə NOCOMMENT.az-a Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” istehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, proqram çərçivəsində 13 000 metrə yaxın müxtəlif diametrli polad borularla yerüstü qaz xətləri çəkilib, 2 ədəd qaztənzimləyici və 28 ədəd siyirtmə quraşdırılıb.

Bununla da qeyd edilən ərazilərdə mövcud olan 170 fərdi yaşayış evinin qaz təchizatı şəbəkəsinə çıxışı tam təmin edilib.

Açılış mərasimində “Azəriqaz”ın və Biləsuvar Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri iştirak ediblər.