Daha 3 məktəb direktoru işdən çıxarıldıbackend

Daha 3 məktəb direktoru işdən çıxarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Masallıda 3 məktəb direktoru vəzifəsindən uzaqlaşdırılıb.

NOCOMMENT.az bakupost.az-a istinadən xəbər verir ki, bunlar rayonun Türkoba, Köhnə Alvadı və şəhər 3 saylı tam orta məktəbin rəhbərləridir.

Direktorlar işdə yol verdiyi nöqsanlara və Lənkəran-Astara Regional Təhsil İdarəsinin (LARTİ) apardığı yoxlamaların nəticəsinə əsasən, vəzifələri ilə vidalaşıblar.

Xəbərə görə, Masallı şəhər 3 saylı tam orta məktəbin direktoru Astan İbişov (Masallı Təhsil Şöbəsinin sabiq müdiri) artıq Köhnə Alvadı kənd tam orta məktəbinə təyinat alıb.

Qeyd olunur ki, cənib bölgəsinin digər rayonlarında da bəzi məktəb direktorları vəzifələrindən kənarlaşdırılıb. Məlumat LARTİ tərəfindən təsdiqlənib. Yaxın saatlarda bu barədə rəsmi məlumatın yayılacağı gözlənilir.