Daha 3 qazimiz Türkiyəyə GÖNDƏRİLDİbackend

Daha 3 qazimiz Türkiyəyə GÖNDƏRİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağır yaralanan daha 3 qazimiz YAŞAT Fondu tərəfindən Türkiyəyə göndərilib.

Fonddan NOCOMMENT-ə verilən məlumata görə, bunlar Xəlilov Saleh Aydınəli oğlu, Əliyev Qüdrət Məhəmməd oğlu, Babayev Orxan Səfər oğludur.

YAŞAT Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.

YAŞAT Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Xatırladaq ki, fond tərəfindən bu günə qədər 157 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 116-sının müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də fond tərəfindən təmin edilib.

YAŞAT Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.