İraq və Suriyanın şimalındakı əməliyyat bölgələrində aşkarlanan cəmi 5 terrorçu zərərsizləşdirilib.
NOCOMMENT xəbər verir ki, Milli Müdafiə Nazirliyindən verilən açıqlamada “Suriyanın şimalında Zeytun Budağı və Barış bulağı bölgələrində aşkarlanan 3 PKK/YPG terrorçusu zərərsizləşdirilib” deyilib.
Xəbər verdiyimiz kimi, bu gün İraqın şimalında Pəncə Kilid əməliyyatı bölgəsində aşkarlanan 2 PKK terrorçusu da zərərsizləşdirilib.
Nazirlikdən verilən açıqlamada terrorun aradan qaldırılması üçün qətiyyət vurğulanıb.