Daha 30 müəssisədən pomidor idxalına icazə verildibackend

Daha 30 müəssisədən pomidor idxalına icazə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) mayın 14-dən etibarən Azərbaycanın 30 müəssisəsindən pomidor tədarükünə icazə verəcək.

NOCOMMENT xəbər verir ki, bu barədə “Rosselxoznadzor” məlumat yayıb.

Bildirilib ki, qərar video müayinələr zamanı seçilmiş məhsul nümunələrinin karantin fitosanitar ekspertizasının nəticələrindən sonra, habelə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə verilib.