Daha 34 qazi polisdə işə qəbul edildibackend

Daha 34 qazi polisdə işə qəbul edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov yanvarın 25-də və 26-da Qəbələdə qəbul keçirib.

NOCOMMENT Qafqazinfo-ya istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, qəbulda Şəki, Balakən, Qax, Oğuz, Zaqatala və Qəbələdən olan 104 vətəndaşın müraciəti dinlənilib. Nazir onların problemlərinin həlli üçün tapşırıqlar verib. Müraciətlərin əksəriyyəti yerindəcə həllini  tapıb.

Səfər çərçivəsində V.Eyvazov Daxili Qoşunlarının Qəbələdə yerləşən hərbi hissəsinə gedib. Nazir hərbi qulluqçuların kazarma-məişət şəraiti ilə maraqlanıb, silah təminatı, avtomobil və zirehli texnika parkı ilə tanış olub.