Daha 4 qazimiz Türkiyəyə göndərildibackend

Daha 4 qazimiz Türkiyəyə göndərildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağır yaralanan daha 4 qazimiz YAŞAT Fondu tərəfindən Türkiyəyə göndərilib.

NOCOMMENT xəbər verir ki, qazilər Seymur Aliyev, Həşim Həşimov, Şəmşir Həziyev və Əli Cəfərli bu gün qardaş ölkəyə yola düşüblər.

YAŞAT Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.

YAŞAT Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Xatırladaq ki, fond tərəfindən bu günə qədər 154 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 117-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri dəfFond tərəfindən təmin edilib.