Daha 5 terror təşkilatı üzvü təslim oldubackend

Daha 5 terror təşkilatı üzvü təslim oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

PKK terror təşkilatının daha 5 üzvü razı salınaraq təhlükəsizlik qüvvələrinə təslim olub.

NOCOMMENT.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin koordinasiyasında Jandarma Baş Komandanlığı və Təhlükəsizlik Baş İdarəsi tərəfindən həyata keçirilən razılaşdırma işləri nəticəsində bu gün PKK terror təşkilatından qaçan daha 5 terror təşkilatı üzvü təhlükəsizlik qüvvələrinə təslim olub.

Təslim olan təşkilat üzvlərinin 2002-2014-cü illər arasında terror təşkilatına qoşularaq Suriya və İraqda fəaliyyət göstərdikləri müəyyən edilib.

Davam edən razısalma işləri nəticəsində; 2023-cü ildə təslim olan təşkilat üzvlərinin sayı 48-ə yüksəlib.

NOCOMMENT.AZ