Daha 6 qazimiz sağalaraq geri döndübackend

Daha 6 qazimiz sağalaraq geri döndü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağır yaralanan və müalicə üçün YAŞAT Fondu tərəfindən Türkiyəyə göndərilən 6 qazimiz sağalaraq Vətənə geri dönüb.

NOCOMMENT.az xəbər verir ki,Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb. Bildirilib ki, onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

“YAŞAT Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 62 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir. YAŞAT Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq”, – məlumatda bildirilib.

Həmin qaziləri təqdim edirik:

1. Quliyev Şahmar Anar oğlu

2. Əliyev Xəyyam Şəadət oğlu

3. Quliyev Şəhriyar Əsa oğlu

4. Eyvazov Səbuhi Rahim oğlu

5. Məmmədov Seymur Rafiq oğlu

6. Hüseynov Ülvi Məsum oğlu.