Daha bir Avropa ölkəsi Fələstini tanımaq istəyirbackend

Daha bir Avropa ölkəsi Fələstini tanımaq istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 Fələstin Dövlətinin tanınması planı hazırlanır.

NOCOMMENT.az xəbər verir ki, bunu Danimarka xarici işlər naziri Lars Lokke Rasmussen bildirib.

“Biz Fələstinin tanınması planı üzərində işləyirik. Mən BMT Baş Assambleyasının sessiyasında Danimarkanın mövqeyinə aydın yanaşmanı qeyd edəcəyəm “, – deyə diplomat qeyd edib.

Bundan əvvəl Sinqapurun xarici işlər naziri Vivian Balakrişnan bildirmişdi ki, Fələstinin respublika kimi tanınması yalnız zaman məsələsidir.

Sentyabrın 21-də Britaniya hökuməti Fələstini suveren dövlət kimi rəsmən tanıdı. Kanada və Avstraliya hökumətləri də oxşar qərar qəbul ediblər.