Daha bir Avropa ölkəsi qadınları orduya cəlb edirbackend

Daha bir Avropa ölkəsi qadınları orduya cəlb edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kopenhagen qadınların hərbi xidmətə çağırışına başlayıb.

NOCOMMENT.az “Politico”ya istinadən xəbər verir ki, bununla da Danimarka Avropada qadınları hərbiyə cəlb edən 3-cü ölkə olub.

2015-ci ildə Norveç, 2017-ci ildə İsveç bu istiqamətdə qərar qəbul edib. Orduda əsaslı yenilənmələr çərçivəsində həm kişi, həm də qadınlar üçün xidmət müddətinin 4-dən 11 ayadək uzadılacağı bildirilib.

Müdafiə naziri, həmçinin 2028-ci ilədək 6 min əsgərdən ibarət piyada briqadasına sərmayə qoyulacağını deyib.