Daha bir Avropa ölkəsi Ukraynaya “”Leopard 2” tankları verəcəkbackend

Daha bir Avropa ölkəsi Ukraynaya “Leopard 2” tankları verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Norveç hökuməti Ukraynaya Almaniya istehsalı olan 8 ədəd “Leopard 2” tankları və bu döyüş maşınlarının mərmilərini, habelə digər zirehli döyüş texnikası verilməsi barədə qərar qəbul edib.

NOCOMMENT.az xəbər verir ki, Norveç hökumətinin bununla bağlı bəyanatı yayılıb. Bu ölkənin Baş naziri Yonas Qar Störenin sözlərinə görə, bu gün Ukraynanı dəstəkləmək həmişəkindən daha mühümdür.

Norveç hökuməti bildirib ki, əsas tanklarla yanaşı, Ukraynaya 4 ədəd tank körpüləri üçün qurğular və digər zirehli texnika veriləcək. Hərbi texnika və silahların miqdarı isə Kiyevin istəyindən asılı olacaq. Krallığın Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, Norveç, həmçinin silah-sursat və göndərilən texnikaya ehtiyat hissələri üçün vəsait ayırmaq niyyətindədir.

Qeyd etmək lazımdır ki, Norveç ordusu cəmi 52 “Leopard 2A4NO” tankına malikdir və onlardan 36-sı döyüş vəziyyətindədir. Bundan əvvəl krallığın Baş naziri Yonas Qar Störe bildirmişdi ki, onun ölkəsi Almaniyanın “Krauss-Maffei Wegmann” kompaniyasına 54 ədəd yeni “Leopard 2A7” tanklarının istehsalı üçün sifariş verib. Bu sifarişin ümumi məbləği 19,7 milyard krondur (194 milyon AB,Ş dolları). Norveç ordusu həmin tankların ilk hissəsini 2026-cı ildə alacaq və 2031-ci ildə istismarına başlayacaq. (Azərtac)