Daha bir azərbaycanlı Ukraynada vəfat etdi – FOTObackend

Daha bir azərbaycanlı Ukraynada vəfat etdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daha bir azərbaycanlı Ziya Nadirov Ukraynada gedən müharibədə həlak olub.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, bu barədə onun anası Gülnarə Əlibəyova sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, Ziya Nadirov dekabrın 4-də dünyasını dəyişib. Bir aydan sonra onun 41 yaşı tamam olacaqdı: “O, iki gün əvvəl Ukrayna torpağını müdafiə edərkən həlak olub. İki oğlu yadigar qaldı. Mənim yeganə qardaşım vətənin erməni işğalçılarından müdafiəsi zamanı şəhid olub və Bakıda Şəhidlər Xiyabanında dəfn olunmuşdu. İndi də yeganə oğlum Ukrayna uğrunda Boyarkada həlak oldu”.