Daha bir bölgədə TOQQUŞMA – 52 ölü, 64 yaralıbackend

Daha bir bölgədə TOQQUŞMA52 ölü, 64 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sudanla Cənubi Sudan arasındakı mübahisəli Abyei bölgəsində silahlı qruplar arasında toqquşma olub. Hücum nəticəsində 52 nəfər ölüb, 64 nəfər yaralanıb. Ölənlər arasında BMT-nin sülhməramlı missiyasının əməkdaşı da var.

NOCOMMENT.az xəbər verir ki, regional hakimiyyət orqanlarının məlumatına görə, hücumun səbəbi hələ müəyyən edilməyib. İlkin məlumata görə, bu, torpaq münaqişəsi ola bilər.

Məlumat üçün bildirək ki, Cənubi Sudan 2011-ci ildə müstəqillik qazandıqdan sonra neftlə zəngin Abyei bölgəsi gərgin olaraq qalır. Abyei Sudan və Cənubi Sudan sərhədində yerləşir, mübahisəli ərazi olaraq qalır. Burada BMT Təhlükəsizlik Şurasının qərarı ilə Müvəqqəti Təhlükəsizlik Qüvvələri yerləşdirilib.

Son illərdə 400 minə yaxın insan hərbi əməliyyatların qurbanı olub, daha 3 milyon 400 min insan evlərini tərk etmək məcburiyyətində qalıb, 2 milyondan çox qaçqın qonşu Uqanda, Keniya, Efiopiya və Sudana köçüb.