Daha bir Əməkdar artist Qubaya getmək istədi, polislərlə dalaşdıbackend

Daha bir Əməkdar artist Qubaya getmək istədi, polislərlə dalaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkə ərazisində karantin səbəbilə bir neçə aydır ki, Bakıdan digər rayonlara gediş-gəlişdə məhdudiyyətlər var.

NOCOMMENT xəbər verir ki, mediapost-un əldə etdiyi məlumata görə, ötən günlərdə Əməkdar artist Ruhəngiz Allahverdiyeva sözügedən məhdudiyyətləri nəzərə almayaraq Qubaya yollanmaq istəyib. Lakin onun bu arzusu baş tutmayıb.

Sənətçini Bakı-Quba yolunda yerləşən postdan geri qaytarıblar. O, buna etiraz edib polislərlə mübahisə yaratsa da, R.Allahverdiyevanın cəhdləri uğursuzluqla nəticələnib.

Xatırladaq ki, bundan öncə Əməkdar artist Elnarə Abdullayeva bölgələrin birinə yollanmaq istəmiş, amma o da geri qaytarılmışdı.