Daha bir erməninin cəsədinin qalıqları tapıldıbackend

Daha bir erməninin cəsədinin qalıqları tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağda hərbi əməliyyatlar zamanı ölən daha bir erməni hərbçinin cəsədinin qalıqları tapılıb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə qondarma ölkənin fövqəladə hallar xidmətinin sözçüsü Unan Tadevosyan məlumat yayıb. Onun sözlərinə görə, cəsəd Füzuli istiqamətində aşkar olunub və şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.

Bununla da indiyədək tapılan erməni hərbçilərin meyitlərinin sayı 1669-a çatıb.