Daha bir futbolçu “Fənərbaxça”nı tərk edibbackend

Daha bir futbolçu “Fənərbaxça”nı tərk edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Super Liqası təmsilçilərindən “Fənərbaxça” daha bir futbolçu ilə yollarını ayırıb.

NOCOMMENT.az apasport.az-a istinadən xəbər verir ki, İstanbul klubunun mövsümün əvvəlində “Əl-Əhli”dən icarəyə götürdüyü Allan Sent-Maksimin komandanı tərk edib.

Bu barədə futbolçu özü açıqlama yayıb.

“Sarı-lacivərdlilər” vingerin müqaviləsində yer alan satınalma bəndindən istifadə etməyib.

Qeyd edək ki, 27 yaşlı fransalı bu mövsüm “Fənər”in heyətində iştirak etdiyi 31 rəsmi matçda 4 qol, 5 assistlə yadda qalıb.