Daha bir həbsdə olan başçının oğlu prokurorluqda vəzifə aldı – RƏSMİbackend

Daha bir həbsdə olan başçının oğlu prokurorluqda vəzifə aldı – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağstafa Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq icra başçısı Nizaməddin Quliyevin oğlu Ramal Quliyev Prokurorluq orqanlarında yeni təyinat alıb.

NOCOMMENT -in xəbərinə görə, Baş Prokurorluğun Mətbuat xidmətindən apa-ya bildirilib ki, Baş prokurorun müvafiq əmri ilə sərəncamda olan Ramal Quliyev Quba rayon prokurorunun köməkçisi təyin olunub.

Qeyd edək ki, rayon prokurorunun köməkçisi vəzifəsi “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna görə ən sonuncu – 9-cu təsnifata aiddir.

Xatırladaq ki, dünən İmişli Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyev Qubadlı rayon prokurorluğunun müstəntiqi təyin edilib