Daha bir icra başçısı özünə yeni müavin təyin etdi – DOSYEbackend

Daha bir icra başçısı özünə yeni müavin təyin etdi – DOSYE

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev özünə yeni müavin təyin edib.

NOCOMMENT xəbər verir ki, rayon icra hakimiyyətindən modern.az-a bildirilib ki, icra başçısının əmri ilə Vüqar Məmmədov başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, Məmmədov Vüqar Xanlar oğlu 1978-ci ildə Daşkəsən şəhərində anadan olub. Ali təhsillidir, Bakı Dövlət Universitetini bitirib.

2000-2002-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2002- 2007-ci illərdə orta məktəbdə müəllim işləyib.

2007-ci ildən Daşkəsən Rayon İcra Hakimiyyətində hüquqşunas-məsləhətçi, Təhsil, Səhiyyə və Mədəniyyət məsələləri üzrə şöbədə böyük məsləhətçi, İnformasiya təminatı və təhlil sektorunda aparıcı məsləhətçi daha sonra həmin sektorun müdiri işləyib.

“Dağlıq regionlarda sosial-iqtisadi inkişaf, işsizlik əleyhinə mübarizə və turizm problemləri” mövzusunda 2003-cü ildə 6 ay müddətinə İspaniyanın Saraqosa Universitetində və İtaliyanın Belluno tədris mərkəzində təhsil alıb.

2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı” analitik- informasiya sisteminin – RİAİS proqram təminatı üzrə kursu bitirib.

Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir. 3 övladı var.

Xatırladaq ki, bundan əvvəl bu vəzifədə işləyən Cavanşir Qocayev dövlət qulluğunda olmanın yaş həddinə çatdığına görə təqaüdə göndərilmişdi.