Çad keçmiş metropoliti olan Fransa ilə müdafiə sahəsində əməkdaşlıq müqaviləsini ləğv edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS Agence France-Presse-ə istinadən məlumat yayıb.
“Çad Respublikası Hökuməti Fransa Respublikası ilə müdafiə sahəsində əməkdaşlıq sazişini ləğv etmək qərarı barədə ictimaiyyəti məlumatlandırır”, – Xarici İşlər, Beynəlxalq Əməkdaşlıq, Afrika İnteqrasiyası və Xaricdəki Çadlılar Naziri Abderamane Koulamalla bildirib.