Daha bir kənd minalardan təmizlənirbackend

Daha bir kənd minalardan təmizlənir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Müdafiə Nazirliyi Tavuş rayonunun Kirants (Günən) kəndi yaxınlığındakı ərazini minalardan təmizləyir.

NOCOMMENT.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

“Minalardan təmizləmə Ermənistan və Azərbaycanın ekspert qruplarının apardığı geodeziya ölçmələri əsasında dövlət sərhədinin bu hissəsinin yenilənməsi, habelə koordinatların dəqiqləşdirilməsi üzrə işlərin aparılması məqsədi ilə həyata keçirilir”, – deyə idarədən bildirilib.

Qeyd edək ki, daha əvvəl Azərbaycanla Ermənistan arasındakı şərti sərhəddə yerləşən Berkaber (Bibiş kəndi – red.) kəndinin də minalardan təmizləndiyi bildirilmişdi.