Daha bir kütləvi zəhərlənmə: bu dəfə rayondabackend

Daha bir kütləvi zəhərlənmə: bu dəfə rayonda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Saatlı rayonunda kütləvi zəhərlənmə olub.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Nərimankənd kəndində fermer Lətifşah Qəhrəmanova məxsus pambıq sahəsində zəhərlənən 8 qadın Saatlı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onlara kimyəvi maddədən zəhərlənmə diaqnozu qoyulub və ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Zəhərlənən şəxslər bunlardır:

Nurəngiz Şövkətova – 1985
Zilan Şövkətova – 2007
Səlamət Qəhrəmanova – 1961
Arzu Qəhrəmanova – 1987
Zamirə Qhərəmanova – 1988
Aygün Şəvgiyeva – 1995
Ayşəgil Qəhrəmanova – 2000
Rusiya vətəndaşı Dilbər Qəhrəmanova – 1995.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, ötən gün Bakı şəhər Nəsimi rayonunda yerləşən “Bolmart” supermarketində də kütləvi zəhərlənmə qeydə alınıb.