Daha bir “KVN”çiyə yüksək vəzifə verildi – Milli Məclisdəbackend

Daha bir “KVN”çiyə yüksək vəzifə verildi – Milli Məclisdə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisdə kadr islahatları davam edir.

NOCOMMENT.az bakupost-a istinadən xəbər verir ki, “Bakılı Oğlanlar” komandasından tanınan İlqar Nəbiyev Milli Məclis Aparatının Beynəlxalq əlaqələr şöbəsinə yeni sektor müdiri təyin olunub.

Qeyd edək ki, İlqar Nəbiyev 1976-cı ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından “Şən və Hazırcavablar” klubunda “Bakılı Oğlanlar” komandasında çıxış etməyə başlayıb. Onun iştirak etdiyi bu komanda 1992-ci ildə çempion, 1995-ci ildə keçirilən yay kubokunun və XX əsrin ən yaxşı komandaları sırasında birinci olub. 2001-ci ildən Tahir İmanovun yaratdığı “Planet Parni iz Baku” KVN teatrında da iştirak edib. Daha sonra müxtəlif yumoristik layihələr hazırlayıb və “Şən və Hazırcavablar klubu” yarışları təşkil edib. “İqra” Yaradıcılıq Birliyinin rəhbəridir.

Qeyd edək ki, ilk öncə “Bakılı Oğlanlar” komandasının senairstləri Mehdi Mirsəlimov, Məmməd Kazımov Vergilər Nazirliyinə, daha sonra Murad Dadaşov Xəzər TV-yə yüksək vəzifəyə təyin olunmuşdular.