Daha bir marşrut xəttində ödəniş BakıKart-la olacaqbackend

Daha bir marşrut xəttində ödəniş BakıKart-la olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabahdan 144 nömrəli marşrut xətti (Buzovna qəsəbəsi – Mərdəkan qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Bakı Nəqliyyat Agentliyindən (BNA) NOCOMMENT-ə verilən məlumata görə, bu son bir ayda BakıKarta inteqrasiya edilən 12-ci marşrut xəttidir:

“Hazırda Xəzər rayonu, Mərdəkan və Buzovna qəsəbələri üzrə Sergey Yesenin döngə 2, Baba Əliyev 244, Yesenin 62, Mərdəkan 152, Qılman İlkin küç., Zuğulba – Həydər Eyvazov küçəsi 1A, Buzovna qəs – Şüvəlan yolu, Mustafa Sübhi 2, Rasim İmanov 24 ünvanlarındakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb”.

Qeyd edilib ki, paytaxtın marşrut şəbəkəsində istismarda olan avtobusların 58%-i nağdsız ödəniş sisteminə inteqrasiya edilib: “Hazırda gündəlik olaraq 780 min nəfərə yaxın sərnişinin (ümumi sərnişinlərin 42%) nağdsız ödəmə sisteminin xidmətlərindən istifadə edir.

İş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək”.