Daha bir məktəbdə olay: Şagirdlər pomidor-yumurta bişirdilər – VİDEObackend

Daha bir məktəbdə olay: Şagirdlər pomidor-yumurta bişirdilər – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni tədris ili başlayandan orta məktəblərdə baş verən hadisələr gündəmdən düşmür. Olay-olay dalınca…

NOCOMMENT xəbər verir ki, bu gün yenisabah-a daha bir məktəbdən çəkilmiş video göndərilib. Hadisənin Bakı şəhəri, Xətai rayonu, 48 nömrəli tam orta ümumtəhsil məktəbində baş verdiyi bildirilir.

Xəbərə görə məktəbin 10-cu sinif şagirdləri müəllim dərsə gəlmədiyi üçün vaxtdan “səmərəli” istifadə ediblər. Onlar sinif otağına elektrik plitəsi gətirib və pomidor-yumurta bişiriblər. Sonra da, bu əyləncəli dəqiqələrin videosunu çəkərək paylaşıblar…