Daha bir məktəbin üç sinfi distant təhsilə keçdibackend

Daha bir məktəbin üç sinfi distant təhsilə keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhəri 7 nömrəli tam orta məktəbin 5ç, 7d və 10ç siniflərinin hər birində 1 şagirdin COVID-19 infeksiyasına yoluxması təsdiq olunduğu üçün həmin siniflərdə əyani tədris prosesi 14 gün müddətində distant təhsillə əvəz olunub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, 18 oktyabr tarixində karantin müddəti başa çatdığı üçün gələn həftədən həmin siniflərdə dərslər əyani şəkildə davam edəcək.