Daha bir məmurun xarici ölkədə şirkətlərinin siyahısı yayıldı – FOTObackend

Daha bir məmurun xarici ölkədə şirkətlərinin siyahısı yayıldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Texniki Nəzarət Qruplarının işi üzrə Əlaqələndirici İdarəsinin rəisi Hacıqulu Sadıqovun Praqada şirkəti haqqında məlumat yayılıb.

NOCOMMENT xəbər verir ki, bu barədə özünün facebook səhifəsində Cavanşir Həsənli status paylaşıb.

Həmin statusu oxucuların diqqətinə çatdırırıq:

“Deməli, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda Hacıqulu Sadıqov adında bir idarə rəisi var, 3 il əvvəl xoşagəlməz əməllərinə görə Energetika Nazirliyindən qovulmuşdu. Nazirlikdə Dövlət Qaz Nəzarət İdarəsinin rəisi idi.

Adam Çexiyada daşınmaz əmlak şirkəti açıb, evlər alıb. Şirkətinə də bir hissəsi hələ də işğal altında olan Füzuli rayonunun adını qoyub. Yəni “torpaq həsrəti” “Qaçqınkom” məmurunu Praqaya qədər aparıb çıxarıb.

Sənədlərə görə Bakı şəhəri Nərimanov 77/44-də yaşayan 1959-cu il təvəllüdlü Hacıqulu Sadıqov FÜZULİ SRO şirkətini 2016-cı ilin martında Prag, Modřany, Na schoddkách 134/6 ünvanında qeydiyyatdan keçirib. Bu ünvanda bir sıra məmurların, o cümlədən Xüsusi Dövlət Mühafizə Xidmətinin keçmiş rəisi Vaqif Axundovun oğlu Murad Axundovun və Dövlət Gömrük Komitəsinin idarə rəisi Fərid Vəliyevin də şirkətləri hüquqi qeydiyyatdadır.

Hacıqulu Sadıqov Çexiyadakı şirkətini idarə etmək üçün Praqada yaşayan Həsən Hüseynov adlı şəxsə etibarnamə verib”.