Daha bir məşhur koronavirusa yoluxdu: Bir həftə sistem…backend

Daha bir məşhur koronavirusa yoluxdu: Bir həftə sistem…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Gülay Zeynallı da koronavirusa yoluxub.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında yazan Gülay xəstəliyi yüngül keçirdiyini bildirib: “Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim, amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davamlı olaraq sistem qoşdular. Daha sonra həkimlərin məsləhəti ilə bir dərman (kardiomaqnit) qəbul etdim. O gündən etibarən də müxtəlif vitaminlər içirəm.

Koronavirusa yoluxduğum ilk günü çox ağır keçirdim. Dəhşətli ağrılarım oldu. Qızıma da yoluxmasın deyə onu təcili anamın yanına göndərdim. Hazırda isə sağalmışam, səhhətim çox yaxşıdır. Kim bu infeksiyaya yoluxubsa, Allah kömək olsun, şəfasını versin”.