Daha bir ölkə beynəlxalq uçuşları bərpa etdibackend

Daha bir ölkə beynəlxalq uçuşları bərpa etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun 1-dən Misir beynəlxalq təyyarə uçuşlarını bərpa edərək daha əvvəl koronavirusa görə tətbiq edilmiş məhdudiyyətlərin aradan qaldırılması çərçivəsində bir sıra gəzməli yerləri turistlərin üzünə açıb.

NOCOMMENT.az TASS-a istinadən xəbər verir ki, ölkənin mülki aviasiya naziri Məhəmməd Manar Qahirə Beynəlxalq Hava Limanını təftiş edib.

Nazirlik bildirib ki, hava limanının müxtəlif nöqtələrində qurulan 40 qurğu gələn sərnişinlərin hərarətini ölçür. Eyni zamanda dezinfeksiya tədbirləri görülür.

Bu gündən “EgyptAir” şirkəti də mərhələli şəkildə 29 beynəlxalq xətdə, o cümlədən Avropaya 17, Afrikaya 4, Yaxın Şərqə 4, Şimali Amerikaya 3, Çinə 1 istiqamətdə uçuşlara başlayır.