Suriya BRİKS-ə qoşulmaq istəyir.
NOCOMMENT.az xəbər verir ki, bunu TASS-a Suriyanın Rusiyadakı səfiri Bəşər Cəfəri deyib.
“Biz BRİKS-ə qoşulmaqda çox maraqlıyıq və təşkilata üzv olmaq üçün yazılı müraciət göndərmişik”, – o bildirib.
Qeyd edək ki, oktyabrın 22-24-də Rusiyanın Kazan şəhərində BRİKS-in sammiti keçiriləcək.