Daha bir ölkə Fələstinə inkişaf yardımını dayandırırbackend

Daha bir ölkə Fələstinə inkişaf yardımını dayandırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Danimarka hökuməti Fələstinə inkişaf yardımını dayandırmaq qərarına gəlib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Ritzau” agentliyi  İnkişaf Əməkdaşlıq və Qlobal İqlim Siyasəti naziri Den Yorgensenə istinadən məlumat yayıb .

Onun sözlərinə görə, bu qərar hakim partiyaların çərşənbə axşamı səhər iclasından sonra qəbul edilib. Agentlik eyni zamanda, Danimarka vəsaitlərinin İsrailə hücumları dəstəkləmək üçün istifadə edilməməsini təmin etmək üçün Fələstinə dəstəyin təfərrüatlı tədqiqi üzərində işə başlandığını bildirib.