Daha bir ölkə Fələstini tanıyacaqbackend

Daha bir ölkə Fələstini tanıyacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fələstin dövlətini tanımaq qərarına gəldik”.

NOCOMMENT.az xəbər verir ki, bunu İspaniyanın Deputatlar Konqresində bu ölkənin Baş naziri Pedro Sançes deyib.

Onun sözlərinə görə, İspaniya Fələstin dövlətinin yanında olacaq:

“Mayın 28-i İspaniya Nazirlər Şurasında Fələstin Dövlətinin tanınması təsdiq ediləcək. Hərəkətə keçməyin, milyonlarla günahsız əzab çəkən fələstinlilərə onların yanında olduğumuzu söyləməyin vaxtı çatıb. Ümid var. Nə qədər şəhərlər, kəndlər, yaşayış məskənləri bombalansa, nə qədər qeyri-qanuni yaşayış məskənləri tikilsə də, Fələstin torpağı beynəlxalq qanunauyğunluqda mövcud olmağa davam edəcək”.

Qeyd edək ki, bundan başqa, Norveç və İrlandiya da Fələstin dövlətinin müstəqilliyini tanıyacağını bəyan edib. Buna cavab olaraq İsrailin xarici işlər naziri bu ölkələrdəki səfirlərinin məsləhətləşmələr üçün dərhal geri çağırılması barədə göstəriş verib.