Daha bir ölkə ilə viza rejimi ləğv edilirbackend

Daha bir ölkə ilə viza rejimi ləğv edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanla Serbiya arasında ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbi aradan götürülür.

NOCOMMENT xəbər verir ki, “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirə olunub.

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Layihənin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanması gözlənilir.

Qeyd edək ki, ölkələr arasında viza rejiminin ləğvinə dair saziş 2021-ci ilin oktyabrın 11-i Belqradda keçirilən Qoşulmama Hərəkatının 60 illik yubiley tədbiri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Serbiyanın XİN rəhbəri Nikola Selakoviç ilə görüşü zamanı imzalanıb.

Xatırladaq ki, ötən ay Azərbaycan və Qətər arasında viza rejimi ləğv olunmuşdu.